Əfrasiyab Məmmədov
Doğum tarixi:
19 mart 1928
Vəfat tarixi:
18 noyabr 1990
Əfrasiyab Əli oğlu Məmmədov Gəncədə anadan olub.
1945-ci ildə Bakı Dövlət Teatr İnstitutununda Məhərrəm Haşımovun rejissorluq kursuna daxil olub. Lakin 6 ay sonra Adil İsgəndərov onun səhnə görünüşünü, daxili imkanlarını eşidib görən kimi, aktyorluq kursuna keçirib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında aktyor kimi qəbul edilib. Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru işləyib, pedaqoji fəaliyyətlə də məşğul olub.
Xarici film istehsalçılarının “Şəxsən məlumdur” (1957 / Ermənistan) filmində Revaz rolunda çəkilib.
Əfrasiyab Məmmədov 1990-cı ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.