Aftandil İsrafilov

Musiqi ifaçısı Aktyor Bəstəkar

Doğum tarixi:

24 yanvar 1941

Vəfat tarixi:

29 aprel 2023


Aftandil Eynulla oğlu İsrafilov Bakıda anadan olub.

1961-ci ildə Azərbaycan Politexnik İnstitutunun Mülki tikinti fakültəsinə qəbul olub. Qarmona olan marağına görə təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr edib.

“Azkonsert”in tərkibində ansambl yaradaraq bədii rəhbərliyini həyata keçirib. 1970-ci ildə Zeynəb Xanlarova ilə birgə Türkiyədə qastrol səfərindən sonra onun ansamblının tərkibində dünyanın dörd bir yanında Azərbaycan musiqisinin təbliği ilə bağlı silsilə konsertlərdə çıxış edib. “Zemfira”, “Kəmalə”, “Nazilə”, “Aynurə”, “Jalə”, “Basqalı” kimi 100-ə qədər musiqi havasının müəllifidir.

Xalq artisti (1998). Dağıstan Respublikasının Xalq artisti (2008), “Şöhrət” ordeni laureatı (2016) Aftandil İsrafilov 2023-cü ildə vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub.