Ağaverdi Paşayev
Doğum tarixi:
27 oktyabr 1950
Ağaverdi Ağaəli oğlu Paşayev Bakıda anadan olub.
Asəf Zeynallı adına Musiqi Texnikumunda tar ixtisası üzrə (1966-1971), Azərbaycan Dövlət Konservatoriyasında xor dirijorluğu ixtisası üzrə (1971-1977) təhsil alıb.
Pedaqoji fəaliyyətlə məşğul olur, 1978-ci ildən Konservatoriyada müəllim, 2002-ci ildən Azərbaycan Milli Konservatoriyasının “Xalq Çalğı Alətləri orkestrləşməsi və dirijorluğu” kafedrasının müdiri vəzifəsində çalışır.
1999-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs ansamblı əməkdar kollektivinin bədii rəhbəri, eyni zamanda, 2000-ci ildən Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin bədii rəhbəri və baş dirijorudur.
İranda Beynəlxalq «Qızıl Cəng» mukafatı laureatı adına (2003, 2004) layiq görülüb.
Professor (1999), Əməkdar incəsənət xadimi (2005), Xalq artisti (2008), “Humay” mükafatı (2 dəfə) və “Şöhrət” ordeni laureatıdır (2016).