Aqil Abbas
Doğum tarixi:
01 aprel 1953
Aqil Məhəmməd oğlu Abbas (Aqil Abbasov) Ağcabədinin Kolalı kəndində anadan olub. 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1970-1976).
Əmək fəaliyyətinə Ağsu internat məktəbində müəllim kimi başlayıb (1976-1977). “Elm və həyat” jurnalında fotomüxbir, şöbə müdiri (1977-1987), “Sovet kəndi” qəzetinin xüsusi müxbiri (1987-1990), “Ədalət” (1990-cı ildən), “Boz qurd” (1993-cü ildən) qəzetlərinin baş redaktoru olub. Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi “Şirinlik” 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub. “Qızıl qələm” (1993), “Məmməd Araz” (1994), “Dan ulduzu” (1993), “Yaddaş”, “Zeynalabdin Tağıyev” mükafatlarına, “Şöhrət” ordeninə (2013) layiq görülüb.
2005-ci ildən Milli Məclisin deputatı, Əməkdar jurnalistdir (2005).