Əhmədağa Muğanlı
Doğum tarixi:
10 may 1926
Vəfat tarixi:
04 avqust 2001
Əhmədağa Muğanlı (Əhmədağa Qurbanov Əkbər oğlu) Biləsuvarın Əliabad kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1947-1952).
Əmək fəaliyyətinə Biləsuvar rayonunun Bəyunlu kənd yeddillik məktəbində müəllimlikdən başlayıb (1944). Karl Marks adına kənd orta məktəbində baş dəstə rəhbəri (1946-1947), Azərbaycan KP Bakı Vilayət Komitəsinin orqanı “Bakı kommunisti” qəzeti redaksiyasında ədəbi işçi olub. 1953-cü ildən “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin redaktoru, sənədli-xronikal və elmi-kütləvi filmlər birliyinin baş redaktoru işləyib. Kinostudiyada ssenari-redaksiya kollegiyasının üzvü olub.
Ədəbi fəaliyyətə “İnqilab və mədəniyyət” (1951) jurnalında dərc olunan “Biz qol çəkirik ki…” hekayəsi ilə başlayıb. 11 kitabı işıq üzü görüb.
“Qanlı zəmi” filminə görə Dövlət mükafatına layiq görülüb (1986).
Əməkdar mədəniyyət işçisi (1991) Əhmədağa Muğanlı 2001-ci ildə vəfat edib.