Əkbər Əlizadə
Doğum tarixi:
23 may 1977
Əkbər Müzəffər oğlu Əlizadə Bakıda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu (1994-1998, Cənnət Səlimovanın kursu) və Teatrşünaslıq (1998-2000, magistr) ixtisasında təhsil alıb.
10 yaşından 7 il müddətinə Azərbaycan Dövlət Televiziyasının “Qırmızı qərənfil” ansamblının solisti olub, “Sübh şəfəqləri” televiziya musiqi müsabiqəsində “Heydər babaya salam” mahnısı ilə qalib olub. Akademik Milli Dram Teatrında, Bəşir Teatrında, “Planeta Parni iz Baku” Teatrında (2006-cı ildən) tamaşalarda iştirak edib. Akademik Milli Dram Teatrında “Fərhad və Şirin” (Səməd Vurğun) tamaşasında Şiruyyə rolunu ifa edib (1997). Azərbaycan Dövlət Filarmoniyasında aparıcı kimi çıxış edib (2000-2006). 1995-ci ildən dövlət tədbir və konsertlərinin aparıcısıdır. Xəzər TV, Space TV və ATV-də veriliş aparıcısı olub. Bakı Kamera Teatrında (1994-2000) çalışıb. 1994-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrın aktyorudur.
Əməkdar artistdir (2009).