Akif Rəfiyev
Doğum tarixi:
23 mart 1936
Akif Bəşir oğlu Rəfiyev Gəncədə anadan olub.
Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb (1960).
Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda ekspert-kriminalist (1960-1961), Şəmkir rayon prokuronunun köməkçisi (1961-1964), Azərbaycan SSR Prokurorluğunda şöbə prokuroru (1964-1966), İsmayıllı rayon prokuroru (1966-1970), Mingəçevir şəhər prokuroru (1970-1976), Zaqatala rayon prokuroru (1976-1979), Sumqayıt şəhər prokuroru (1979-1981), Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin rəisi (1982-1989), Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini (1989-1991), Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini (1991-2002) vəzifələrində çalışıb.
Əməkdar hüquqşünas fəxri adı (1989), 3-cü dərəcəli Dövlət ədliyyə müşaviri (Ədliyyə general mayoru) rütbəsi alıb (1998). Hüquq jurnallarında məqalə və müsahibələri, hüququn aktual məsələləri və problemlərinə dair 100-dən artıq çıxışı və məqaləsi dərc olunub. Hazırda Binəqədi rayon Ağsaqqallar Şurasının sədridir.