Akif Yusifov
Aktyor
Rejissor assistenti
Doğum tarixi:
03 sentyabr 1948
Akif Əli oğlu Yusifov Qax rayonunun Almalı kəndində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1972-1976).
“Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti vəzifəsində çalışıb (1976-1977). 1977-ci ildən Şəki Dövlət Dram Teatrının aktyorudur.
Peşəkar səhnədə ilk rolu “Kral Lir” (Şekspir) faciəsində kapitan obrazı olub.
“Məni qınamayın” (Hidayət Orucov) tamaşasında redaktor roluna görə “Qızıl Dərviş” mükafatı alıb (2001).
Əməkdar artistdir (2018).