Ələddin Abbasov
Doğum tarixi:
05 may 1922
Vəfat tarixi:
13 iyul 2014
Ələddin Aslan oğlu Abbasov Gəncədə anadan olub.
Gəncə Yüngül Sənaye Texnikumunda, Gəncə Dövlət Dram Teatrının nəzdindəki aktyor studiyasında təhsil alıb.
İki il təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb. 1939-cu ildən aktyor truppasının üzvü olub və yaradıcılığı yalnız bu kollektivlə bağlı olub. Səhnəyə ilk dəfə 15 yaşında ikən Məhəmmədrza Şeyxzamanovun rəhbərlik etdiyi dram dərnəyində “1905-ci ildə” (Cəfər Cabbarlı) əsərində Haykaz rolunda çıxıb. Teatr səhnəsində 300-dən artıq rol ifa edib.
Xarici film istehsalçılarının “Cinayət və cəza” (1969, rejissor Lev Kulicanov / Rusiya) filmində qorodovoy rolunda, “Göy qübbəsi altında mərkəz” (1975, rejissor İsaak Maqiton / Rusiya) filmində, ”Operativ təxəllüs – 2. Dönüş kodu” (2005, rejissor Sergey Vinoqradov / Rusiya) serialında çəkilib.
Əməkdar artist (1958), Xalq artisti (1971), “Qızıl Dərviş” (2003) mükafatçısı Ələddin Abbasov 2014-cü ildə vəfat edib, Gəncə şəhər Fəxri Xiyabanında dəfn edilib.