Aleksandr Xakimov
Aktyor
Doğum tarixi:
02 aprel 1960
Aleksandr Şamileviç Xakimov Bakıda anadan olub.
Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsində təhsil alıb (1986).
Bakı soyuducu zavodunda (1980-1981), Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda baş laborant (1986-1991), 1991-ci ildən AMEA-nın Genetik Ehtiyatlar Mərkəzində çalışıb. 2005-ci ildə beynəlxalq kinossenarist kursunu bitirib. Jurnalist-publisist, fantastik əsərlərin müəllifi kimi MDB ərazisində tanınıb. Boş vaxtlarında müxtəlif rok qruplarında bas-gitarada ifa edir. Kitabları macar və bolqar dillərinə tərcümə olunub.