Əli Azəri
Doğum tarixi:
29 mart 1971
Vəfat tarixi:
12 sentyabr 2021
Əli Azəri Bakıda anadan olub.
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə (1987), Tambov Təyyarəçilərin Ali Hərbi Aviasiya Məktəbində təyyarəçi, aviasiyanın idarə edilməsi ixtisasında (1987-1991) təhsil alıb.
Əmək fəaliyyətinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində başlayıb (1992-1998). Azərbaycan televiziyasında montajçı (2002-2012), 215 KL studiyasında rejissor, videomontajçı, texniki direktor (2003-2012), “20th Century Fox” studiyasının Azərbaycan nümayəndəsi (2004-2014), Air Group-da montajçı (2013-2016), Salnaməfilm studiyasında video montajçı (2016-2017), Air Group-da texniki şöbənin rəisi (2017) olaraq çalışıb.
Əli Azəri 2021-ci ildə vəfat edib.