Əli Cəfərov
Doğum tarixi:
23 aprel 1970
Əli Sücəddin oğlu Cəfərov Bakıda anadan olub, əslən Qubadlıdandır.
Dəmiryolu Texnikumunda (1991-1993), Odlar Yurdu Universitetinin Hüquq fakültəsində (1996-2000) və Azərbaycan Dövlət İqtisad Universitetində (2004-2008) təhsil alıb.
Bir müddət bank sahəsində çalışıb (1999-2009). 1980-ci ildən idmanla məşğul olub (futbol, karate). İdmanın karate və ciu-citsu növləri üzrə ölkədə ilk peşəkar idmançılardan biridir. 2007-ci ildən Azərbaycan Ciu-Citsu Federasiyasının vitse-prezidentidir. Ciu-citsu üzrə 6-cı, karate üzrə 4-cü dana sahibdir. Azərbaycanın milli komandasına məşqçilik edib. Əməkdar məşqçi (2015), beynəlxalq dərəcəli idman ustasıdır. 2013-cü ildən “Samuray” Döyüş Klubunun və Ciu-Citsu Mərkəzinin direktorudur. 2014-cü ildən Dünya Ciu-Citsu Federasiyanın Azərbaycan nümayəndəsidir.
2006-cı ildən kino sahəsində döyüş səhnələrinin quruluşçusu, ikinci rejissor, prodüser, aktyor kimi çalışır. Reklam və klip çəkilişlərində yaradıcı heyətin üzvü kimi iştirak edib.