Əli Kərim
Doğum tarixi:
18 mart 1931
Vəfat tarixi:
30 iyun 1969
Əli Paşa oğlu Kərim (Əli Kərimov) Göyçayda anadan olub.
1948-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub, burada yataqxana olmadığından Azərbaycan Teatr İnstitutunun Teatrşünaslıq fakültəsinə keçib, III kursdan Moskvada, Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirib və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.
“Azərbaycan” jurnalının redaksiyasında işləyib, şeir şöbəsinin müdiri olub.
İlk nəşr olunan əsəri “Azərbaycan pioneri” qəzetində çıxmış “Təzə müəllim” şeiri olub (1948).
VI Ümumdünya Festivalında “İlk simfoniya” poeması mükafata layiq görülüb (1957, Moskva / Rusiya).
Əli Kərim 1969-cu ildə vəfat edib, Göyçayda dəfn olunub.