Əlixan Səmədov

Musiqi ifaçısı Musiqi ifasından istifadə olunub Bəstəsindən istifadə olunub

Doğum tarixi:

27 aprel 1964


Əlixan İmamxan oğlu Səmədov Sumqayıtda anadan olub.

Səməd Vurğun adına Musiqi Məktəbində obua və Nəriman Nərimanov adına Mədəniyyət Evində qarmon təhsili alıb (1979-1982). Azərbaycan Dövlət Pedaqoji Universitetində oxuyub (1986-1990).

Nəfəsli alətləri (balaban, klarnet, qaboy, tütək, zurna, saksafon) və xalq çalğı alətlərini (nağara, qoşanağara, dəf, qarmon) ustalıqla ifa edir.

1993-cü ildə Türkiyəyə köçüb. Balabanı ilə qısa müddətdə böyük dinləyici kütləsi qazanıb. “Balaban metodu” kitabının müəllifidir. Müxtəlif mükafatlara layiq görülüb. 

Xalq artistidir (2018).