Alina Abdullayeva
Doğum tarixi:
01 yanvar 1981
Alina Abdullayeva Ukraynanın Dnepropetrovsk şəhərində anadan olub.
Orta məktəbi bitirəndən sonra (1998) Bakıya köçüb, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbi yaradıcılıq və ekran dramaturgiyası fakültəsində təhsil alıb.
Novella və hekayələri yerli mediada çap olunub (1999-2002). Paralel olaraq fotoqraf kimi işləyib. Magistraturaya daxil olduqdan sonra rejissorluqla maraqlanıb. İsveçrənin İnkişaf üzrə Agentliyi tərəfindən maliyyələşən kino sahəsində peşəkar treninqdə - AVANTİ proqramında (2004) iştirakdan sonra rejissor qismində qısametrajlı layihənin reallaşması üçün qrant qazanıb. FOCAL-da kurs keçib. “Veit Helmer Filmproduktion”da prodüser kimi çalışıb.
“Motor” adlı kinoşirkətin təsisçisi, həmçinin Müstəqil Qafqaz Kinematoqrafçılar Assosiasiyasının həmtəsisçisidir.
Almaniya istehsalı olan “Absurdistan” (2008) filmində birinci rejissor assistenti kimi çalışıb.
2014-cü ildə İsveçə köçüb, Stokholm şəhərində yaşayır.