Əliqulu Səmədov
Doğum tarixi:
19 avqust 1953
Əliqulu Qüdrət oğlu Səmədov (Əliqulu Qüdrətoğlu) Astarada anadan olub.
Bakı Rabitə Texnikumunda (1970-1975), Ümuittifaq Dövlət Kinematoqrafiya İnstitutunda (Yevgeni Matveyevin kursu) təhsil alıb.
1979-cu ildə “Azərbaycanfilm” kinostudiyasının aktyor şöbəsinə qəbul olunub. Bir çox filmlərin ikinci rejissoru, dublyaj rejissoru, kastinq rejissoru kimi çalışıb və sinxron səs effektlərinin yazılışında iştirak edib. Bir müddət Bakı Uşaq və Gənclər Teatrında çalışıb (2012-2021).
Xarici film istehsalçılarının “Bizi gənclik yaşadır...” (1986, rejissor Yevgeni Şerstobitov) serialında Stepanov rolunda, “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin / Belarus) filmində, ““Alfa” layihəsi” (1990, rejissor Yevgeni Şerstobitov / Ukrayna) filmində şturman rolunda, “Qara qış” (1991 / İran) filmində, “Sıçrayış” (1991, rejissor Yevgeni Şerstobitov / Ukrayna) filmində kapitan rolunda, “Onlar da insandır” (1993, Türkiyə) serialında, “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialında, “Sui-qəsd” (2004, rejissor Vadi Ostrovski / Rusiya) serialında, “SSRİ-də doğulmuş” (2007, Rusiya) serialında, “57 saylı qatar” (Türkiyə) serialında çəkilib. “Qara qış” (1991 / İran) filminin, “Divlər zindanı” (1993, rejissor Həsən Məmmədzadə / İran) filminin, “Onlar da insandır” (1993, Türkiyə) serialının, “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialının, “Sui-qəsd” (2004, rejissor Vadi Ostrovski / Rusiya) serialının, “SSRİ-də doğulmuş” (2007, Rusiya) serialının ikinci rejissoru olub.
Əməkdar artistdir (2011).