Almaz Mahmud

Ssenari müəllifi Aktrisa

Doğum tarixi:

18 mart 1975


Almaz Mahmud (Almaz Nəsibova Mahmud qızı) Bakıda anadan olub.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb, filologiya üzrə fəlsəfə doktorudur.

10-dan çox elmi məqalənin müəllifidir. ABŞ-nın İVLP Beynəlxalq Proqramının məzunudur. Jurnalistika ilə bağlı bir sıra beynəlxalq layihələrin işitirakçısıdır və müxtəlif sertifikatlarla təltif olunub. Azadlıq radiosunda, “İnternyus” İB-nin BBC və İTV-də yayımlanan layihələrində çalışıb, Space TV-nin “Xətt” analitik proqramının redaktoru olub. Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəridir. “Media Savadlılığı jurnalistlər üçün” adlı kitabın və eyni adlı kanalın müəllifidir.

Azərbaycan Televiziyasının İctimai-siyasi redaksiyasının redaktoru, Teleradio Akademiyasının prorektorudur.