Amil Amal
Doğum tarixi:
25 yanvar 1989
Amil Amal (Amil Məmiyev Səyyaf oğlu / Amil Məmibəyli) Laçın şəhərində anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində (2007-2012), Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin Kinorejissorluq və kinodramaturgiya fakültəsi üzrə 2 illik ali kursda (2013, Rodimin Denis, Vladimir Fençenkonun emalatxanası) təhsil alıb.
ANS televiziyasında rejissor (2015-2016), Laçın rayon Mədəniyyət və Turizm İdarəsində metodist (2016-2019), “United Nations in Azerbaijan”da videoqraf və fotoqraf (2019-2021), Space televiziyasında rejissor (2022-2023) olaraq çalışıb. Hazırda Laçında fəaliyyət göstərən “Hoçazfilm” Yaradıcılıq Studiyasının direktorudur. “Evə gələndə sevgi al” adlı şeir kitabı nəşr olunub (2019). Filmləri müxtəlif beynəlxalq festivallarda mükafatlara layiq görülüb.