Anar Nağılbaz

Musiqi ifaçısı Aktyor Rejissor Ssenari müəllifi Bəstəsindən istifadə olunub Bəstəkar Prodüser

Doğum tarixi:

28 mart 1974

Vəfat tarixi:

04 avqust 2018


Anar Nağılbaz (Anar Cəbiyev Rizvan oğlu) Abşeron rayonunun Xırdalan qəzəbəsində anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

Bir müddət “Kirpi” jurnalının (1990-1992), “Naxçıvan” qəzetinin (1993-1995) müxbiri, İctimai televiziyanın əməkdaşı (2005), Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayının direktor müavini (2012) olub.

Azərbaycanın ilk rep ifaçısı sayılır. 1988-ci ildən repə maraq göstərməyə başlayıb. 1990-cı ildə Krımda Artek düşərgəsində ilk dəfə rep deyib. 1990-cı ildə Horadizdə “Beynəlxalq gənc mətbuatçılar festivalı”nda “Bivəfa” repini ifa edib. Həmin ildə Yaltada keçirilən beynəlxalq festivalda Azərbaycanı təmsil edib. 1991-ci ildə “Aysel” miniatür teatr studiyasını yaradıb. 1993-cü ildə “Narkodünya” mahnısıyla şöhrət qazanıb. Böyük səhnəyə 1993-cü ildə “Canlı klip” teatrının müşayəti ilə çıxıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb. Ümumilikdə 10 studiya albomu var.

2015-ci ildə bir müddət Çexiyanın Praqa şəhərində yaşayıb.

Anar Nağılbaz 2018-ci ildə vəfat edib, Masazır qəbiristanlığında dəfn olunub.