Ənvər Seyidov

Məsləhətçi Ssenari müəllifi Əsərindən istifadə olunub Mahnı mətni müəllifi Prodüser

Doğum tarixi:

29 mart 1949

Vəfat tarixi:

02 avqust 2025


Ənvər Cümşüd oğlu Seyidov Oğuzda anadan olub.

Bakı Şəhər Rabitə Elektro Texnikumunun poçt texniki ixtisasında, Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində (1969) təhsil alıb.

Əmək fəaliyyətinə 1964-cü ildə başlayıb. Səhiyyə və rabitə sahəsində müxtəlif işlərdə çalışdıqdan sonra, 1972-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sisteminə işə qəbul olunub. Notariat kontorunda məsləhətçi, Respublika DDF arxivinin müdiri, Notariat və VVA idarəsində baş məsləhətçi, Zaqatala və Cəlilabad rayon məhkəmələrində hakim, Cəlilabad rayon məhkəməsinin sədri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi (1990-2000), Ağır Cinayətlərə Dair İşlər üzrə Respublika Məhkəməsinin hakimi (2000-2011), Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi (2011-2019) vəzifələrində işləyib.

“Təlatüm” romanına görə “Qızıl Qılınc” mükafatına, “Qızıl Qələm” (2008) mükafatına, Azərbaycan Cümhuriyyətinin 90 illiyi və Mir Cəlal Paşayevin 100 illiyi ilə əlaqədar keçirilən müsabiqədə I mükafata layiq görülüb. “Azərbaycan Respublikası Məhkəmə icratında beynəlxalq hüquq normalarının tətbiqi” kitabının, “Konstitusiya və hüququn əsasları”, “Hüququn əsasları”, “Heydər Əliyev və Azərbaycan Konstitusiyası” dərsliklərinin müəllifidir.

Polkovnik, birinci ixtisas dərəcəli hakim, hüquq elmləri doktoru, Azərbaycan Pedoqoji Universitetinin professoru Ənvər Seyidov 2025-ci ildə vəfat edib.