Arif Alışanov
Doğum tarixi:
30 iyul 1960
Arif Nizam oğlu Alışanov Bakıda anadan olub.
Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsində (1984), Jurnalist Sənətkarlığı İnstitutunda, Bakı Ali Partiya Məktəbinin İdeoloji kadrlar fakültəsində təhsil alıb.
1977-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə başlayıb. Azərbaycan televiziyasında şöbə müdiri, idarə rəisi, baş idarə rəisi, Texniki-İstehsalat Birliyinin direktoru (1997-2005), Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti sədrinin texnika üzrə müavini (2001-2005), sədr müavini (2005-2006), sədri (2006-2019) vəzifələrində çalışıb.
Milli Məclisin IV çağırış deputatı olub.
İqtisad üzrə fəlsəfə doktorudur.
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Əməkdar mədəniyyət işçisidir.