Arif Həbibi

Rejissor Dublyaj rejissoru İkinci rejissor Rejissor assistenti Aktyor

Doğum tarixi:

01 iyun 1943

Vəfat tarixi:

27 yanvar 2021


Arif İzzət oğlu Həbibi İran Astarasında anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb (1967).

1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işə başlayıb. Əsasən dublyaj rejissoru kimi çalışıb. 1000-ə yaxın müxtəlif filmləri dublyaj edib. Uzun müddət “Lider”, “ANS”, “ATV” və “Space” televiziya kanallarında dublyajla məşğul olub. Xarici ölkələrdə istehsal olunan bədii, sənədli və cizgi filmlərini ana dilinə dublyaj, tərcümə edib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dublyajdan dərs deyib.

Əməkdar mədəniyyət işçisi (2007) Arif Həbibi 2021-ci ildə vəfat edib.