Arzu Məhərrəmov
Doğum tarixi:
13 mart 1972
Arzu Oruc oğlu Məhərrəmov Sabirabad rayonunun Suqovuşan kəndində anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni maarif fakültəsində Özfəaliyyət teatr kollektivinin rejissoru ixtisasında təhsil alıb (1989-1994).
1995-ci ildən əmək fəaliyyətinə başlayıb. Azərbaycan televiziyasında əvvəlcə “Səhər” proqramında rejissor asistenti, daha sonra rejissor kimi çalışıb. 2005-ci ildən televiziyanın İnformasiya proqramları studiyasında əmək fəaliyyətimi davam etdirib. 2013-cü ildən bu studiyanın baş rejissoru olub. Televiziyada işlədiyi illərin böyük hissəsini ictimai-siyasi və dövlət əhəmiyyətli tədbirlərin işıqlandırılmasına həsr edib. Azərbaycan ordusunun Bakının mərkəzində keçirilən paradlarının çəkilişində rejissor (2008-2013) və quruluşçu rejissor (2018) olub.
“Tərəqqi” medalına layiq görülüb (2016).