Arzu Qazıyeva

Ssenari müəllifi Redaktor Layihə rəhbəri

Doğum tarixi:

24 sentyabr 1966


Arzu Əliyar qızı Qazıyeva (Arzu Qazıyeva-Əzimova) Şəkidə anadan olub.

Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin Fortepiano şöbəsində (1982-1986), Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində (1988-1994) təhsil alıb.

Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun nəşriyyatında redaktor, “İnşaatçı” qəzetində korrektor (1991), Azərbaycan televiziyasının “Xəbərlər” redaksiyasında şərhçi (1991-2002), aparıcı (1991-1994), parlament müxbiri (1999-2002), Lider TV-də sənədli filmlər müəllifi (2000-2008), Milli Televiziya və Radio Şurasında ekspert qrupunun üzvü (2008-2012), “Çox yaşa” sağlamlıq jurnalının baş redaktoru (2012-2013), ANS TV-də səhər proqramının baş redaktoru (2013-2014), ATV-də “Çox yaşa” proqramının redaktoru (2014-2016), Space Radioda “Sağlam olun” proqramının müəllifi və aparıcısı (2016) olaraq çalışıb.

“Jurnalistikanın İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri, "AQAP" Prodüser Mərkəzinin təsisçisi və rəhbəridir.

Bir neçə romanı Azərbaycan dilinə tərcümə edib. 

MTN-nin Samir Əsgərxanov adına mükafatına və  “Humay” mükafatına layiq görülüb.

Hazırda Güney Azərbaycan televiziyasında aparıcı olaraq çalışır.