Əsgər Əsgərov

Rejissor Filmi səsləndirən

Doğum tarixi:

19 iyun 1961


Əsgər Əkbər oğlu Əsgərov Naxçıvan şəhərində anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1979-1983). Moskvada Mayakovski adına Akademik Dram Teatrının baş rejissoru A.Qonçarovun yanında üç ay təcrübə keçib (1988-1989).

Naxcıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Komitəsində rejissor (1986), Naxçıvan teatrında rejissor assistenti (1987), baş rejissor (1989), Akademik Milli Dram Teatrında rejissor (1996-2001), quruluşçu rejissor (2001) olaraq çalışıb. Hazırda Musiqili Teatrın rejissorudur.

Əməkdar incəsənət xadimidir.