Asiman Ağa Rövşən

Aktyor Ssenari müəllifi Rejissor

Doğum tarixi:

14 aprel 1992


Asiman Ağa Rövşən (Asiman Ağayev Rövşən oğlu) Gəncədə anadan olub.

Rəşid Behbudov adına 2 saylı musiqi məktəbində (1998-2005, fortepiano sinfi), Respublika İncəsənət Gimnaziyasında (2004-2009), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsində (2013-2017, Sona Mikayılovanın kursu), Rejissorluq ixtisasında (2018-2022) təhsil alıb.

Uşaqlıqdan rəssamlıqla məşğul olub, 7 yaşında ikən fərdi sərgisi keçirilib. Beynəlxalq müsabiqələrdə mükafat alıb.

Bir neçə tamaşaya rejissor kimi quruluş verib.

Aktyor, ssenarist Asiman Ağa Rövşən dramaturq, ssenarist Rövşən Ağayevin və aktrisa Güşvər Şərifovanın oğludur.