Aslan Fətullayev

Aktyor

Doğum tarixi:

20 oktyabr 1956


Aslan Miri oğlu Fətullayev Lerik rayonunun Çayrud kəndində anadan olub.

Bakı Kitabxanaçılıq Texnikumunun Mədəni-maarif fakültəsinin Özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisasında (1974-1976), Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni–maarif fakültəsində (1977-1982) təhsil alıb.

Hələ 7 yaşındaykən kənd mədəniyyət evində “Nəsrəddin” (Y.Əzimzadə) komediyasında İnkir rolunda oynayıb. Azərbaycan televiziyasının “Səhər görüşləri”, “Gecə kanalı”, “Komediyalar aləminə səyahət”, “45 dəqiqə” kimi populyar verilişlərində çıxış edib. “Mosfilm”in istehsalı olan “Oğlan və maral” filmində fotorepartyor rolunda çəkilib.

1979-cu ildən Sumqayıt şəhərinin mədəniyyət müəssisələrində çalışıb, “Gənclik” klubunda bədii rəhbər (1974-1984), “Dostluq” mədəniyyət evinin direktoru (1984) olub. Azərbaycan Akademik Milli Teatrının aktyoru kimi fəaliyyət göstərib (2003).

Respublika tarixində ilk dəfə olaraq Azərbaycan dilində “Yuxu” adlı rok qrupu yaradıb və kollektiv 1989-cu ildə Bakıda keçirilən “Qızıl payız-89”un qalibi olub. “Yuxu” rok kollektivi 1990-cı ildə Almaniyada keçirilən “MAYEN - ROK-90” beynəlxalq festivalının qalibi olub.

 2008-ci ildən Azərbaycan Dövlət Kukla Teatrında çalışır. Sumqayıt şəhər "Dostluq" mədəniyyət evinin direktorudur.

Əməkdar mədəniyyət işçisidir (2016).