Aygün Kazımova

Musiqi ifaçısı Aktrisa

Doğum tarixi:

26 yanvar 1971


Aygün Ələsgər qızı Kazımova Bakıda anadan olub.

Orta məktəbdə təhsil alarkən həndbol üzrə yığma komandanın qapıçısı və kapitanı olub. 1988-ci ildə “Bakı Payızı” müsabiqəsində iştirak etməklə böyük səhnəyə ilk addımını atıb. “Yarım eşitsin məni” mahnısıyla 1-ci yerə layiq görülüb. Müsabiqəyə qədər “Ozan” qrupunda və Vaqif Gərayzadənin “Aypara” qrupunda solist kimi çalışıb. Əməkdaşlığını Cavanşir Quliyev, Eldar Mansurov kimi bəstəkarlarla davam etdirir. 1996-cı ildə Gəncədə ilk solo konsertini verib. Türkiyədə keçirilən “Türkvizyon” mahnı müsabiqəsində Azərbaycanı təmsil edib (1996). “Aygün bu gün” verilişinin aparıcısı olub (Sara TV, 1999).

Əməkdar artist (2002), Xalq artistidir (2008).