Azad Axundov
Doğum tarixi:
07 mart 1960
Azad Tofiq oğlu Axundov Bakıda anadan olub.
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb (1981).
Azərbaycan Respublikası Dövlət Neft Şirkətində iqtisadçı (1983-1984), Dövlət Yanacaq Komitəsində baş iqtisadçı, kollegiya üzvü, Plan, maliyyə, istehsalat idarəsinin rəisi (1984-1989), “Atropatena” MMC-nin təsisçisi və baş direktoru (1989-1995), Polşada ticarət meneceri (1989-1993), Türkiyədə turizm üzrə menecer (1994-1997) olaraq çalışıb.
1997-ci ildən TV və kino sahəsindədir. Space televiziyasında inzibatcı, prodüser (1997-1999), “215 KL” Müstəqil Televiziya Şirkətində menecer (1999-2014), uzun müddət “Salnaməfilm” studiyasında prodüser kimi çalışıb (2014-2023). Space TV-nin Yeni il, “Road Master”, “Müğam axsamları” proqramlarında (1997), 215KL Müstəqil televiziya şirkətində “Həyatınızı dəyişdirin”, “Dərs”, “Kibrit qutusu”, “Azercell”, “Bakcell” veriliş və reklamlarında (1997-1999), Lider TV və İTV-nin yeni il proqramlarında müəllif və prodüser, “Bir, iki - bir addım irəli” uşaqlar üçün intellektual TV verilişində, “Azerbaijan-Land of Fire”, “Azerbaijan Unforgettable Country” tanıtm filmlərində icraçı prodüser, “Azpetrol-10 il sizinlə / 15 il sizinlə” korporativ filmlərində, “BP Azərbaycanda” TV verilişlərində (1998-2012, AzTV, ANS, 215KL) layihə meneceri, Azərbaycan televiziyasında “Palitra” verilişinin ssenari müəllifi, ANS televiziyasında yayimlanan televiziya verilişlərinin layihə meneceri, Lider televiziyasında yayımlanan 36 seriyadan ibarət yumoristik verilişlərin prodüseri (2006-2007) olaraq çalışıb. Almaniyanın ZDF kanalının “215 KL” ilə birgə hazırladığı iki sənədli filmin icraçı prodüseri, Rusiya istehsalı olan “Qan” tammetrajlı bədii filminin prodüseri olub. Bakı Beynəlxalq Turizm Filmləri Festivalının (2013, 2015, 2016) və Bakı Beynəlxalq İdman Filmləri Festvalının (2014) icraçı prodüseri olub. 100-dən çox sənədli filmin ideya müəllifi, prodüseri və icraçı prodüseri, bir çox reklam çarxlarının və tanıtım filmlərinin prodüseridir.