Qarabağ FK: 30 mövsüm səfərdə (2023)
Film Qarabağ Futbol Klubunun fəaliyyətindən bəhs edir. Təsis olunduğu Ağdam şəhəri 1993-cü ildə işğal olunduqdan sonra komanda bütün oyunlarını “səfərdə” oynasa da, Azərbaycanın ən uğurlu futbol klubuna çevrilib. Filmdə klubun fəaliyyətə başlaması və formalaşması, doğma stadionundakı son oyunlarının düşmənin hücum təhlükəsi altında keçirilməsi, habelə fəaliyyəti dövründə klubu tərk etməyən fədakar məşqçi və futbolçular, doğma komandanı addımbaaddım izləyən azarkeşlərin təəssüratları əks etdirilir.
Tammetrajlı sənədli film həmçinin 3 seriya şəklində də bölünüb. 2022-ci ildə istehsalına başlanan layihə 2023-cü ilin sonunda hazır olub. Filmin çəkilişləri Azərbaycanın müxtəlif bölgələri ilə (Bakı, Sumqayıt, Qəbələ, Ağdam və s) yanaşı İtaliya, Niderland və Türkiyədə də aparılıb. Araşdırma aparılaraq geniş video və foto arxivdən istifadə olunub. 40 nəfərə yaxın şəxsdən müsahibə alınıb.
Film Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə çəkilib.
İstehsalçı ölkə:
İstehsalçı:
Salnaməfilm Studiyası , Bakı Media Mərkəzi , İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV)
Müddət:
Yaş həddi:
İlk baxış tarixi:
Kinoteatr nümayiş tarixləri:
Kinoteatr nümayiş şəbəkəsi:
Texniki göstəricilər:
Janr:
Növü:
tammetrajlı sənədli film
Rejissor:
Ssenari müəllifi:
Operator:
Rəssam:
Bəstəkar:
Montaj rejissoru :
Montajçı:
Rejissor assistenti:
Kastinq meneceri:
İkinci operator:
Fokus puller:
Dron operatoru:
Kamera texniki:
İkinci rəssam:
İşıq texniki:
Rəng korreksiyası:
Qrafika:
Səs rejissoru:
Musiqi tərtibatçısı:
Redaktor:
Məsləhətçi:
Arxiv təminatçısı:
Maliyyə meneceri :
Texniki direktor:
Koordinator:
İnzibatçı:
Xətt prodüseri:
İcraçı prodüser:
Prodüser:
Baş prodüser: