Əzizə Əhmədova
Doğum tarixi:
26 yanvar 1932
Vəfat tarixi:
31 dekabr 2003
Əzizə Yəhya qızı Əhmədova (Əzizə Türkan) Bakıda anadan olub.
Pedaqoji Texnikumda (1951) və Azərbaycan Dövlət Universitetində Jurnalistika üzrə təhsil alıb.
“Uşaq və gənclər” nəşriyyatında əmək fəaliyyətinə başlayıb. Bir müddət Azərbaycan Ensiklopediyasında böyük redaktor vəzifəsində çalışıb. “Gənclik” nəşriyyatının direktoru olub (1967-1987). İlk hekayəsi “Qorxmazın səhvi” “Pioner” jurnalında dərc edilib (1957). “Xınalı qayalar”, “Yaz qarı”, “Onu çiçəklər sevdi”, “Bu ellərə vurulmuşam”, “Bir ürək sındırmışam”, “Çiçəklərim” əsərləri var. “Damda yaşayan Karlsonla bacada yaşayan Damdabacanın macəraları” adlı kitabı böyük əks-səda doğurub (1985) Tərçüməçi kimi onlarla əsəri tərcümə edib.
Filologiya elmləri doktoru Əzizə Əhmədova 2003-cü ildə vəfat edib.