Bahar Həmzəyeva
Doğum tarixi:
14 mart 1961
Bahar Əvəz qızı Həmzəyeva (Bahar Abdullayeva) Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb (1979).
Təyinatla Sumqayt Dövlət Dram Teatrının truppasına daxil olub. Teatrın səhnəsində ilk rolu “Dörd əkizin nağılı” (Panço Pançev) tamaşasında Bonka obrazı olub. 6 il Sumqayıt Dövlət Dram Teatrında çalışdıqdan sonra Azərbaycan Dövlət Gənclər Teatrında işləməyə başlayıb. 1996-cı ildə “İlham” Miniatür Teatrına dəvət edilib və paralel olaraq burada çalışıb. 40-a yaxın tamaşada rol alıb.
İran istehsalı olan “Divlər zindanı” (1993, rejissor Həsən Məmmədzadə) filmində Pəri rolunda çəkilib.
“Oqtay Eloglu” (Cəfər Cabbarlı) tamaşasında canlandırdığı Firəngiz obrazına görə “Cəfər Cabbarlı Mükafatı” ilə təltif olunub (2019). Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Sənsiz” bədii qiarət müsabiqəsində 3-cü yerin (2021), Natəvanın anadan olmasının 190 illiyinə həsr olunmuş “Cənnətim Qarabağ” bədii qiraət müsabiqəsində 1-ci yerin (2022) qalibi olub. Yaradıcılığının parlaq dövründə ailə qayğıları ilə bağlı uzun müddət sənətdən uzaqlaşıb.
Hazırda Şuşa Dövlət Musiqili Dram Teatrında çalışır.