Bəhram Əliyev
Aktyor
Doğum tarixi:
13 mart 1950
Bəhram Babaxan oğlu Əliyev Neftçalada anadan olub.
Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb (1979).
Uzun müddət Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Şövkət Məmmədova adına Opera Studiyasında, Dövlət Xor Kapellasında çalışıb. 1993-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyib. Tenor səs tembrinə malik solist vokalçıdır.
Əməkdar artistdir (2008).