Bəsti Cəfərova
Doğum tarixi:
13 iyun 1959
Bəsti Əli qızı Cəfərova Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1975-1980, Adil İsgəndərovun kursu).
Tələbəlik dövründə Tofiq Kazımovun dəvətilə Akademik Milli Dram Teatrında “Quşu uçan budaqlar” (Əkrəm Əylisli) psixoloji dramında Səltənət rolunu ifa edib. Məzun olduqdan sonra təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Bu müddətdə Vaqif İbrahimoğlunun Tədris Teatrında, “Yuğ” Dövlət Teatrında da rollar oynayıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur (2013).
Cəfər Cabbarlı mükafatına layiq görülüb (2019). Əməkdar artist (1989), Xalq artistidir (1998).
Aktrisa Bəsti Cəfərova rejissor, aktrisa Fidan Cəfərovanın anasıdır.