Boris Pumpyanski

Operator Rejissor Ssenari müəllifi

Doğum tarixi:

29 sentyabr 1906

Vəfat tarixi:

26 dekabr 1944


Boris Yakovleviç Pumpyanski Bakıda anadan olub.

Bədii Məktəbdə (1927) və Odessa Kino Texnikumunun operatorluq bölməsində (1927-1931) təhsil alıb.

Azərkino-Azərfilm kinostudyasının operatoru və xronika şöbəsinin bədii rəhbəri (1931-1935), Alma-Ata sənədli-xronikal studiyasının operatoru (1938-1943) olub. Cəbhədə çəkilişlər aparıb.

1944-cü ildə Karpat ətrafında çəkiliş apararkən həlak olub. Moskvada dəfn olunub.