Boris Svetlov

Rejissor Ssenari müəllifi Aktyor

Doğum tarixi:

14 dekabr 1880

Vəfat tarixi:

12 mart 1943


Boris Nikolayeviç Svetlov 1880-ci ildə Rusiyanın Orenburq şəhərində anadan olub.

Lazarev Şərq Dilləri İnstitutunda təhsil alıb.

Müxtəlif teatrlarda aktyorluq edib (1910-1912). 1912-ci ildən müxtəlif kinostudiyalarda filmlər çəkib. 1915-ci ildə Filma səhmdar cəmiyyətinin dəvəti ilə Azərbaycana gəlib və bir neçə filmin rejissoru olub. 1920-ci ildən teatra qayıdıb, orada rejissorluq edib. 1921-ci ildə Petroqradda Kinotexnikum təşkil edib. 1930-cu ildən “Myuzik-Holl”un quruluşlarına rəhbərlik edib.

Boris Svetlov 1943-cü ildə Rusiyanın Altay diyarının Barnaul şəhərində vəfat edib.