Cahangir Zülfüqarov
Bəstəkar
Bəstəsindən istifadə olunub
Aktyor
Doğum tarixi:
31 oktyabr 1955
Cahangir Oqtay oğlu Zülfüqarov Bakıda anadan olub.
Bülbül adına Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (1979-1984, Cövdət Hacıyevin kursu) təhsil alıb.
Əmək fəaliyyətinə Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor kimi başlayıb. 1986-ci ildən Azərbaycan Dövlət Kukla Teatrında misiqi hissə müdiri vəzifəsində işləyir.
Əsərləri arasında filmlərə və teatr tamaşalarına musiqilər, uşaq operası, müzikllər, piano üçün pyes, piano üçün variasiyalar, mahnı və romanslar var.
Əməkdar incəsənət xadimidir (2012).
Bəstəkar Cahangir Zülfüqarov bəstəkar Oqtay Zülfüqarovun oğludur.