Çimnaz Ağakişiyeva
Ssenari müəllifi
Doğum tarixi:
22 yanvar 1974
Çimnaz Əlövsət qızı Ağakişiyeva Bakıda anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Teatrşünaslıq və teatr-konsert işinin təşkili fakültələrində təhsil alıb.
Azərbaycan televiziyasında (1994-2005), İctimai televiziyada (2005-2023) böyük redaktor vəzifəsində çalışıb. Çoxsaylı filmlərin və verilişlərin müəllifi, redaktoru və layihə rəhbəri olub.
2024-cü ildən fəaliyyətini Trend İnformasiya Agentliyində redaktor kimi davam etdirir.
Ssenarist Çimnaz Ağakişiyeva rejissor Ramin Nazıyevin həyat yoldaşıdır.