Çingiz Əlioğlu
Doğum tarixi:
29 iyun 1944
Vəfat tarixi:
09 avqust 2026
Çingiz Əlioğlu (Çingiz Əliyev Əli oğlu) Füzulidə anadan olub.
Azərbaycan Neft və Kimya İnstitutunun İstehsalat proseslərinin avtomatlaşdırılması və texnologiyası fakültəsində təhsil alıb (1961-1965).
Əmək fəaliyyətinə "Gənclik" nəşriyyatında redaktor kimi başlayıb. Orada böyük redaktor (1977–1988), redaksiya müdiri (1988–1991), Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor (1991–1992), Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində nəşriyyatlar idarəsinin rəisi (1992) vəzifələrində çalışıb. Bədii yaradıcılığa "Gənc qələmlər" (1967) toplusunda çıxan "Xatirələr" şeirilə başlayıb. Dövri mətbuatda şeir, hekayə, ədəbi-bədii tərcümələr və publisistik məqalələrlə müntəzəm çıxış edib. Əsərləri bir çox dillərə tərcümə olunub. Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən biri olub.
Əməkdar mədəniyyət işçisi (1991), Əməkdar incəsənət xadimi (2005) Çingiz Əlioğlu 2026-cı ildə vəfat edib.
Şair Çingiz Əlioğlu rejissor, prodüser Orman Əliyevin və prodüser Tahir Əliyevin atasıdır.