Ələkbər Həsənzadə

Səs rejissoru Səs operatoru Ssenari müəllifi

Doğum tarixi:

08 noyabr 1939

Vəfat tarixi:

01 iyul 2019


Ələkbər Əliheydər oğlu Həsənzadə Bakıda anadan olub.

Leninqrad Kino Mühəndisləri İnstitutunun Səs texniki ixtisasında təhsil alıb (1963).

1963-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışmağa başlayıb. Rusiya Kinematoqrafiya Komitəsinin təklifi ilə uzun müddət “Lenfilm”də səs rejissoru işləyib (1975-2007). “Lennauçfilm” kinostudiyasında yüksək dərəcəli səs rejissoru olub.

Sankt-Peterburq Dövlət Kino və Televiziya İnstitutunun Səs rejissoruluğu kafedrasının professoru olub (2007-2019).

Rusiyanın “Nika” kino mükafatını alan ilk azərbaycanlı kino ustasıdır (2000).

Rusiya Dövlət Mükafatı laureatı, Rusiyanın Əməkdar incəsənət xadimi Ələkbər Həsənzadə 20019-cu ildə Rusiyada vəfat edib, Bakıda dəfn olunub.

Səs rejissoru Ələkbər Həsənzadə aktyor Əliheydər Həsənzadə və aktrisa Rüxsarə Ağayevanın oğludur.
Səs rejissoru Ələkbər Həsənzadə səs rejissoru Tariyel Həsənzadənin atasıdır.