Elxan Ocaqov

Redaktor Aktyor

Doğum tarixi:

06 fevral 1954


Elxan Rüstəm oğlu Ocaqov Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi (indiki Kvemo-Bolnisi) kəndində anadan olub.

Tbilisi Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil alıb (1976). Paralel olaraq Tbilisi Düvlət Universitetinin Foto-kino müəllimi fakültəsinin axşam şöbəsini bitirib.

“Tbilisi axşamları” adlı sənədli film çəkib.

“Kolxozlararası tikinti” birliyində fəhlə (1970-1971), “Gürckəndtextəchizatın” rayon birliyində 6-cı dərəcəli motorçu-çilingər (1971-1972), Kəpənəkçi kənd orta məktəbində müəllim (1976-1980), Bolnisi Rayon Komsomol Komitəsinin raykom hüquqlu təşkilatında katib (1980-1983), Komsomol komitəsində katib (1983-1984), “Sovet Gürcüstanı” qəzetində xüsusi müxbir (1984-1989), Bakı Bələdiyyə Tənqid-Təbliğ Teatrının direktor müavini (1989), Azərbaycan Dövlət Musiqili Komediya Teatrında sərəncamçı direktor (1996-2006), direktor (2006-2008), direktor müavini (2008-2018) vəzifələrində çalışıb. Hazırda təqaüddədir. Oçerklərin, felyetonların, onlarla reportaj və müsahibələrin, elmi məqalələrin müəllifidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə texnikası, səhnənin işıqlanması və səhnə tərtibatı ilə bağlı dərs deyib və dərslik hazırlayıb (1999-2007). “Talelər qovuşanda" operettasının (musiqi Rauf Hacıyev) libretto müəllifi, “Amerikalı kürəkən” tamaşasında (musiqi Ramiz Mirişli) mahnı sözlərinin müəllifidir.

Əməkdar mədəniyyət işçisidir (2006).