Elnur Əliyev
Rejissor
İcraçı prodüser
Aktyor
Ssenari müəllifi
Baş prodüser
Səs rejissoru
Prodüser müavini
İnzibatçı
Montajçı
Layihə rəhbəri
Doğum tarixi:
27 avqust 1981
Elnur Elman oğlu Əliyev Gədəbəydə anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Televiziya rejissorluğu ixtisasında təhsil alıb (2000-2004, 2004-2006-magistratura).
“Film” Prodüser Mərkəzində (2004-2005), “Mozalan” Satirik Kinojurnalında rejissor və ssenarist (2005-2006), ADMİU-da montaj üzrə mütəxəssis (2005-2009), “Bakifilm” kinostudiyasında prodüser (2007-2008) kimi çalışıb.
“Old city film” kinoşirkətinin təsisçisidir.
Hazırda “Primyer Cinema” kino şirkətində rejissordur.