Elşad Quliyev
Doğum tarixi:
23 yanvar 1941
Vəfat tarixi:
27 may 2008
Elşad Heybət oğlu Quliyev Cəlilabad şəhərində anadan olub.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində və Moskva İctimai Elmlər Akademiyasında təhsil alıb.
3 il Lənkəranda müəllimlik etdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləyib. Bir müddət tərcüməçi, televiziya proqramları baş redaktoru, daha sonra Komitə sədrinin birinci müavini (1972-1983), Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri (1983-1990) vəzifəsində çalışıb. 1992-ci ildə yenidən Dövlət Teleradio Şirkətinə sədr təyin olunub. Azərbaycanda ilk müstəqil televiziya kanalı - BMTİ-nin baş direktoru işləyib (1993-1994). 1990-cı ildən “Bilik” Maarifçilik cəmiyyətinin sədri olub. Televiziya yayımı və jurnalistikası ilə bağlı bir neçə kitabın müəllifidir: “Telekamera və mikrofonla” (1985), “Televiziya iki əsrin ayrıcında” (1993), “Televiziya: nəzəriyyə, inkişaf meyilləri” (2004).
Əməkdar incəsənət xadimi (1989), tarix elmləri namizədi (1991), professor Elşad Quliyev 2008-ci ildə vəfat edib.
Professor Elşad Quliyev rejissor Cəmil Quliyevin atasıdır.