Eyvaz Borçalı
Doğum tarixi:
05 may 1938
Eyvaz Məhəmməd oğlu Borçalı (Eyvaz Eyvazov / Ayvaz Ayvazov) Gürcüstanın Borçalı (Marneuli) rayonunun Ağammədli kəndində anadan olub.
Mirzə Fətəli Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub, Azərbaycan Yazıçılar İttifaqının zəmanəti Moskvaya Maksim Qorki adına Ədəbiyyat İnstitutunun Bədii tərcümə bölməsinə keçirilib.
“Azərnəşr”də redaktor kimi əmək fəaliyyətinə başlayıb (1964). “Azərbaycanfilm” kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1970), “Mozalan” satirik kino-jurnalının baş redaktoru (1971-1984), “Azərbaycanfilm” kinostudiyasının direktoru (1984-1986), “Kirpi” jurnalının baş redaktoru (1986-1993) vəzifələrində işləyib. Borçalı İctimai Cəmiyyətinin təsisçisi və sədri (1993-2006), Vətəndaş Həmrəyliyi Partiyasının qurucularından və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən olub.
Ədəbi yaradıcılığa 1960-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində çıxan “Əbədi məşəl” şeirilə başlayıb. Çoxsaylı kitabları nəşr olunub. Ssenariləri əsasında “Mozalan” süjetləri və sənədli filmlər çəkilib. Elmi fəaliyyəti 400-dən artıq bədii-elmi və publisistik materiallarda öz əksini tapıb. İri həcmli tərcümələri var.
“Tərəqqi” medalı ilə təltif olunub (2005). Əməkdar incəsənət xadimidir (1981).