Eyyub Yaqubov

Musiqi ifaçısı Aktyor Musiqi ifasından istifadə olunub Bəstəsindən istifadə olunub

Doğum tarixi:

26 aprel 1965


Eyyub Zəkəriyyə oğlu Yaqubov Bakının Bayıl qəsəbəsində anadan olub.

3 nömrəli musiqi məktəbində, Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinfində (1980) təhsil alıb.

Hələ musiqi məktəbinin 7-ci sinif şagirdi olarkən Azərbaycan pianoçuları arasında keçirilən müsabiqədə birinci yeri tutub. Əlibaba Məmmədovun rəhbərlik etdiyi “Humayun” xalq instrumental ansamblında pianoçu işləyib. Restoranlarda oxumağa başlayıb. 1992-ci ildən etibarən populyarlıq qazanıb.

Əməkdar artist (2006), Xalq artistidir (2018).