Faiq Sücəddinov
Doğum tarixi:
14 iyun 1947
Faiq Miri oğlu Sücəddinov (Mirfaiq Sücəddinov) Gəncədə anadan olub.
Asəf Zeynallı adına Musiqi Texnikumunun Fortepiano şöbəsində (1965), Azərbaycan Pedaqoji Dillər İnstitutunda, Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarliq fakültəsində (1977-1981) təhsil alıb.
1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Estrada Orkestrində çalışmağa başlayıb. 2000-ci illərdə Türkiyədə və Kirpdə fəaliyyət göstərib. Əsərləri arasında piano və simfonik orkestr üçün konsert (1990), simli kvartet (1991), piano və kamera orkestri üçün konsert (1992), kamera orkestri üçün skertso (1993), xor və simfonik orkestr üçün “Atatürk” odası (1994), müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyaları (1996) var.
Əməkdar incəsənət xadimi (2000), Xalq artistidir (2006). “Şöhrət” ordeni ilə təltif edilib (2007).