Fərəməz Səfiyev

Ssenari müəllifi Yaradıcı heyətin üzvü

Doğum tarixi:

25 iyun 1929

Vəfat tarixi:

01 may 1996


Fərəməz İdris oğlu Səfiyev (Fəraməz İdrisoğlu / Fəraməz Səfiyev) Şəmkir rayonunun Seyfəli kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetində təhsil alıb (1952).

1952-ci ildə “Azərbaycan pioneri” qəzetində xüsusi müxbir kimi əmək fəaliyyətinə başlayıb. Qısa müddət ərzində Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində müxbir, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında xronika şöbəsinin rəisi (1953-1994), daha sonra yaradıcılıq birliyinin direktoru vəzifələrində işləyib. Ssenariləri əsasında 50-dən artıq sənədli film çəkilib.

Filologiya elmləri namizədi (1970) Fərəməz Səfiyev 1996-cı ildə vəfat edib.