Fərhəng Hüseynov
Doğum tarixi:
16 iyul 1949
Vəfat tarixi:
16 fevral 2010
Fərhəng Rəhim oğlu Hüseynov Bakıda anadan olub.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka sinfində (1968), Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında (1975) təhsil alıb.
Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.
1992-ci ildən Türkiyədə yaşayıb, Adana şəhərindəki Çuxurova Universitetində dərs deyib.
İlk milli yapon operası "Kodayu"nu (1993) və ilk türk antik baleti "Aba kraliçası"nı bəstələyib. Operaların və simfonik əsərlərin müəllifidir. "Böyük İpək Yolu" Beynəlxalq müsabiqənin (1991, Yaponiya), "Sülh naminə" Beynəlxalq müsabiqənin (1995, ABŞ), "Xose Asunsyon Flores" adına I Beynəlxalq müsabiqənin (2000, Argentina) laureatı olub.
Əməkdar artist (2009) Fərhəng Hüseynov 2010-cu ildə vəfat edib.