Fateh Fətullayev
Aktyor
Filmi səsləndirən
Doğum tarixi:
01 sentyabr 1909
Vəfat tarixi:
04 may 1983
Fateh Möhsün oğlu Fətullayev Lənkəranda anadan olub.
Əsl adı Fətulla olub. Ancaq şair Hüseyn Cavidin təkidi ilə adını dəyişib Fateh qoyub. Çox sayda teatr tamaşasında oynayıb və onlara quruluş verib.
Ermənistan istehsalı olan “Şərəfə görə” (1956, rejissor Artaşes Ay-Artyan) filmində çəkilib.
Əməkdar artist (1949) Fateh Fətullayev 1983-cü ildə vəfat edib.
Aktyor Fateh Fətullayev rəssam Nüsrət Fətullayevin qardaşıdır.