Fikrət Bağırov

Rəssam Geyim rəssamı Dekor rəssamı

Doğum tarixi:

10 dekabr 1935

Vəfat tarixi:

21 yanvar 1996


Fikrət Bağır oğlu Bağırov Bakıda anadan olub.

Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində (1958), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində (1964) təhsil alıb.

1964-cü ildən “Azərbaycanfilm” kinostudiyasında rəssam kimi fəaliyyət göstərib. Əsərləri respublika və xaricdə nümayiş etdirilib.

SSRİ Dövlət mükafatı (1980) laureatı, Əməkdar rəssam (1982), Xalq rəssamı Fikrət Bağırov 1996-cı ildə vəfat edib.